Polkovnik-leytenant şöbə rəisi təyin edildi

Daxili işlər orqanlarında yeni təyinat olub.
ENA.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə şəhər Baş Polis idarəsinin 1-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Knyaz Həsənov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə Knyaz Həsənov Ağcəbədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.