ABŞ Rusiyanın təklifini RƏDD ETDİ
ABŞ qlobal ərzaq böhranına qarşı kompleks mübarizə barədə Rusiyanın təklifini rədd edib.
ENA.az xəbər verir ki, bu barədə “Politico” nəşri Ağ evdəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Moskva Ukrayna limanlarından taxıl tədarükünə icazə verməsi üçün gübrələrə tətbiq olunan sanksiyaların ləğvini istəyib. Vaşinqton isə Moskvaya cavabında sanksiyaların ləğvi tələbini qəbul etməyəcəyini açıqlayıb.
Ukraynadan taxıl tədarükü ilə bağlı danışıqlarda Türkiyə, Rusiya və BMT nümayəndələrinin iştirak etdiyi deyilir.
Qeyd edək ki, dünya bazarında buğdanın təxminən 25 faizi, günəbaxan yağının 65 faizi, arpanın 20 faizi və qarğıdalının 18 faizi Ukrayna və Rusiyanın payına düşür. Bundan başqa, Rusiya və Belarus birlikdə dünya gübrə ehtiyatının təxminən yarısını təmin edir.
Hazırda Ukrayna anbarlarında 20 milyon tona yaxın taxıl qalıb. Müharibə səbəbindən taxılın ölkədən çıxarılması mümkünsüz hal alıb.