Gündəm

Bayden: "Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəldim"

ABŞ prezidenti Co Bayden Rusiya ilə müharibədə istifadə etmək üçün Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəldiyini açıqlayıb.

ENA.az xəbər verir ki, Bayden “Nyu York Tayms” üçün məqalə yazıb.

Bayden Ukrayna üçün 700 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacağını və bu paket çərçivəsində "Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS)" adlı raket sistemini Ukraynaya göndərəcəyini bildirib.

Məlumata görə, ABŞ Ukraynaya 80 km məsafədəki hədəfləri dəqiq vura bilən raket sistemləri təqdim edəcək.

Rusiya-Ukrayna müharibəsinin artıq dördüncü aydır davam etdiyini qeyd Bayden, "Ukrayna xalqı cəbhədəki fədakarlıqları, mətanəti və uğurları ilə Rusiyanı təəccübləndirdi və bütün dünyanı ruhlandırdı", - yazıb.

Digər ölkələrin Ukraynaya həm hərbi, həm humanitar, həm də maliyyə dəstəyi verdiyini qeyd edən Bayden ABŞ-ın bu müharibə ilə bağlı mövqeyini açıqlayıb.

Rusiyaya qarşı sanksiyaları artırmaq üçün digər ölkələrlə işləməyə davam edəcəklərini vurğulayan Bayden, ABŞ-ın Ukraynaya Javelin tank əleyhinə raketləri, Stinger zenit raketləri, radar sistemlərini, PUA və Mi-17 kimi qabaqcıl silahları və helikopterləri göndərməyə davam edəcəyini qeyd edib.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)