ENA+

Qablarında yemək qalan müştərilər cərimə olunacaq

Dubay restoranlarının birində qeyri-adi qaydalar tətbiq olunub.

"BITime Out Dubai nəşrinə istinadən xəbər verir ki, qablarında yemək qalan müştərilər cərimə ödəməli olacaqlar.

Cərimənin məbləği təxminən 14 dollar olacaq.

Bildirilir ki, bununla da restoran sahibləri qida məhsullarının israfçılığını azaltmaq və müştərilərin yemək sifarişi zamanı daha düşünülmüş yanaşma sərgiləməsinə nail olmaq istəyirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)