Qarabağ

“Qarabağ üçün cəmi 5 günümüz var” - Saqatelyan

“3 iyun Qarabağ üçün həlledici gündür və bizim cəmi 5 günümüz var”.

ENA.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan "Müqavimət Hərəkatı"nın rəhbərlərindən biri İşxan Saqatelyan deyib.

O bildirib ki, iyunun 3-dək Ermənistandakı bütün siyasi qüvvələr və dövlət qurumları müxalifətin Bakı və Ankara ilə münasibətlərlə bağlı təklif etdiyi bəyanata münasibət bildirməlidir:

"Qarabağda ermənilərin mövcudluğu və Ermənistanın dövlətçiliyi üçün zəruri olan minimum tələbləri sənəd şəklində formalaşdırıblar. Kim bu sənədə qarşıdırsa, erməni xalqına qarşıdır. Əgər kimsə bu sənədin əleyhinədirsə, o ya başqa ölkənin agentidir, ya da düşmənin maraqlarına xidmət edir”.

Müxalifət liderinin sözlərinə görə, Ermənistan Milli Assambleyasının iyunun 3-də keçirilməsi nəzərdə tutulan növbədənkənar iclasına başlamazdan əvvəl bütün siyasi qüvvələr, ictimai təşkilatlar, ziyalılar, Milli Elmlər Akademiyası, bütün dövlət qurumları bu məsələ ilə bağlı qərar verməli və öz mövqelərini bildirməlidir:

“Bazar ertəsi saat 11:00-dan hamını meydana dəvət edirik, bir neçə istiqamətə və bir neçə ünvana gedək. Hər kəs öz fraksiyasının deputatlarından tutmuş hökumət üzvlərinə kimi cavab verməlidir". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)