Avtomobil

Türkiyədə benzinin qiyməti ucuzlaşıb

Türkiyədə benzinin qiymətində 1,02 TL (10.02 qəpik) endirim qeydə alınıb.

ENA.az xəbər verir ki, endirimdən sonra İstanbulda benzin 22,84 (2.37 manat) lirəyə, Ankara və İzmirdə 22,95 (2.38 manat) lirəyə düşüb.

Qeyd edək ki, Türkiyədə benzinin qiyməti 19 May 2022-ci il tarixindən 1,4 lirə artırılmışdı. Endirimdən öncəki qiymət İstanbulda 23,86 lirə (2.48 manat), Ankara və İzmirdə 23,97 lirə (2.49 manat) idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)