BİZNES

Mikayıl Cabbarov Davos İqtisadi Forumunda çıxış etdi

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumunda iştirak edir.

ENA.az xəbər verir ki, o, forum çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında çıxış edib.

“Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qlobal əməkdaşlıq mühiti çərçivəsində yeni çağırışlar, dayanıqlı iqtisadi fəaliyyət, enerji resurslarından səmərəli istifadə və rəqəmsal həllərin tətbiqinin əhəmiyyəti barədə danışdıq.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadi artım, dayanıqlı infrastruktura investisiyaların təşviqi və qeyri-neft sektorunun inkişafı barədə müzakirə apardıq”, - deyə Cabbarov öz tviterində yazıb.

Nazir, həmçinin forum zamanı BƏƏ-dən olan həmkarı ilə də görüş keçirib: “Davosda Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi - ticarət əlaqələrinin inkişaf istiqamətləri, investisiya sahəsində əməkdaşlıq və yeni layihələrin icrası ilə bağlı fikirlərimizi bölüşdük”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)