Sığorta

"Qala Sığorta" satılıb

"Qala Sığorta" ASC-nin 100% səhmdarı "AzRe Təkrarsığorta" ASC şirkəti satıb.

Bu barədə  təkrarsığortaçıdan bildirilib.

Bununla da, alıcının kim olduğu açıqlanmayıb.

Hazırda "AzRe Təkrarsığorta" yalnız "Qala Həyat Sığorta" ASC-nin səhmlərinin 90%-nə, "Azər-Türk Bank" ASC-nin isə səhmlərinin 6,55%-nə nəzarət edir.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis-Azərbaycan" şirkətinin bazasında 2015-ci ildə yaradılıb. Həmin vaxta qədər onun səhmdarı "American International Group" olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)