Bank

Azərbaycanda 6 bankın faiz xərcləri azaldı - RENKİNQ

Ötən ilin eyni dövrü ilə müqayisədə bankların faiz xərclərinin dinamikası maraqlı mənzərə yaradıb.

ENA.az xəbər verir ki, faiz xərcləri üzrə VTB Bank Azərbaycan, Yelo Bank və Unibank öndədir.

Bu bankların faiz xərclərinin artması müvafiq olaraq depozit portfelinin artımı ilə bağlıdır. Qeyd edək ki, faiz xərcləri 2021-ci ilin yanvar-mart ayları ilə 2022-ci ilin yanvar-mart aylarının müqayisəsi şəklində verilmişdir. Amma bu ilin yanvar-mart aylarında VTB Bankın depozit portfeli azalmağa başladığından ikinci rübün yekunu ilə bağlı rəqəmlərdə yəqin ki, azalmalar diqqət çəkməyə başlayacaq. Faiz xərclərinin azalması üzrə TOP-3-lüyə Premium Bank, Azərbaycan Sənaye Bankı və Azərbaycan Beynəlxalq Bankı liderlik edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department