Paşinyanla Putin görüşəcək
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün – mayın 16-da Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Paşinyan Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Şurasının iclasında iştirak edəcək.
Onun Rusiya prezidenti Vladimir Putinlə ayrıca görüşü də gözlənilir.