Nazir müşavirinə yeni vəzifə verdi
Təhsil nazirinin müşaviri Elnur Nəsibov yeni vəzifəyə təyin edilib.
ENA.az xəbər verir ki, bu barədə təhsil nazir Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən E. Nəsibov Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Xatırladaq ki, E. Nəsibov 2020-ci ildə təhsil nazirinin müşaviri təyin olunub. Ona qədər isə Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.