Bank

Azərbaycan banklarında rəqəmsal proseslər üzrə struktur dəyişikliklər gözlənilir

“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası”nın tətbiqindən sonra Azərbaycanda fəaliyyət göstərən bankların işində bir sıra dəyişikliklər gözlənilir.

Bu barədə “Azərbaycan Banklar Asossiyasiyası” (ABA) İctimai Birliyinin İnformasiya Təhlükəsizliyi Qrupunun rəhbəri İlqar Əliyev bildirib.

Onun sözlərinə görə, yeni qaydaların işə düşməsi ilə əlaqədar olaraq banklarda müvafiq siyasət, prosedurlar və təlimatlar hazırlanır:

“Qaydanın tələblərinə görə, rəqəmsal proseslər üzrə struktur dəyişikliklər həyata keçirilir. Səlahiyyət bölgüsü, nəzarət alətlərinin əldə edilməsi, risk menecmenti və monitorinq sistemlərinin tətbiqi gözlənilir.

Biznes prosesləri buna görə uyğunlaşdırılır. Banklar kibertəhlükəsizlik alətləri tətbiq edirlər ki, Mərkəzi Bankın tələblərinə uyğunlaşsınlar”.

Qeyd edək ki, “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” aprelin 1-dən qüvvəyə minib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)