Birja

Bahalaşan dollarla alınan neftin qiyməti artır

Neft qiymətləri, treyderlərin qlobal iqtisadi artım və Çində yeni bir koronavirus dalğasının baş verməsi ilə bağlı narahatlıqlar səbəbindən bir gün əvvəl enişindən sonra çərşənbə günü səhər durmadan yüksəlir.

Neft kontraktlarının azalmasına da dolların bahalaşması səbəb olub. Daha bahalı ABŞ valyutası digər valyutalardan istifadə edən treyderlər üçün neft almağı bahalaşdırır, MarketWatch yazır.

Londonun ICE Futures birjasında bugün saat 9:20-yə olan Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 104,65 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 2,19 dollar (2,14%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında iyun ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 101,88 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 2,12 dollar (2,13%) çoxdur. 

Bundan əlavə, ING analitiki Uorren Pattersonun fikrincə, Aİ-nin Rusiya neftinin tədarükünə embarqo tətbiq etmək planı ilə tez razılaşa bilməməsi də neft qiymətlərinə təsir edib.

“Görünür, son sanksiyalar paketinin Avropa İttifaqının bütün üzvləri tərəfindən təsdiqlənməsi üçün yumşaldılması lazım gələcək”, - ekspert yazıb.

Beləliklə, Macarıstan Rusiya neftindən imtina etmək üçün daha çox vaxt istədi. Qərb mətbuatının yazdığına görə, Aİ Macarıstan və bir sıra digər Şərqi Avropa ölkələrinin bu ilin sonuna qədər deyil, 2024-cü ilə qədər Rusiyadan neft almaqdan imtina etməsi ilə razılaşa bilər.

Treyderlər Amerika Neft İnstitutundan (API) ABŞ-ın enerji ehtiyatlarının həftəlik dinamikası haqqında məlumatı təhlil edirlər. Təşkilatın məlumatına görə, mayın 6-da bitən həftədə ölkənin neft ehtiyatları 1,6 milyon barel artıb.

Bazar ABŞ Energetika Nazirliyinin 18:30-da baş tutacaq rəsmi məlumatlarının dərcini gözləyir. Wall Street Journal ekspertləri ABŞ-ın neft ehtiyatlarının həftəlik 300 min barel azalacağını proqnozlaşdırırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)