BİZNES

Bu malları ölkəyə gətirmək qadağandır - SİYAHI

Elektron ticarət son illər Azərbaycanda da geniş yayılıb. Amma bir çox alıcı və sifarişçi alış-veriş saytlarından istifadədə çətinlik çəkir. Əksəriyyət həmin saytlardan istifadə qaydalarını bilmir.

"BI" xəbər verir ki, üstəlik, ölkəyə buraxılması qadağan edilən məhsulların siyahısı da var ki, vətəndaşlarımız bu siyahı haqqında məlumatlı deyillər. 

Elektron ticarət zamanı alıcı sifariş etdiyi malın hansı ölkədən göndəriləcəyi ilə bağlı məlumatı dəqiqləşdirməlidir. Eyni zamanda, gömrükdə problemlə qarşılaşmamaq üçün satıcıdan hesab fakturası da tələb olunmalıdır.

Şəxsi istifadə və biznes məqsədilə ölkəyə gətirilən mallara görə ödənilən vergi və rüsumlar da fərqlidir. Dəyəri 1000 dollara qədər olan məhsulların sifarişi zamanı bu, şəxsi istifadə hesab edilir və sifarişçi yüksək məbləğli ödənişlərdən azad olunur. 

Beləliklə, Azərbaycandan Beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilməsi qadağan olunmuş malların siyahısı belədir:

- pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

- insan orqanları və (və ya) toxumaları;

- canlı heyvanlar;

- tezalışan maddələr;

- zəhərli və toksikoloji maddələr;

- bioloji və infeksion maddələr;

- civə, kimyəvi reaktivlər və turşular;

- insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;

- tez xarab olan qida məhsulları;

- öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

- sikkələr, banknotlar və yol çekləri;

- təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;

- odlu silah və onun döyüş sursatı;

- Dövlət gerbi həkk olunmuş sənədlərin əsli;

- dövlət kəmiyyət vahidləri etalonları;

- Dövlət Arxiv Fondunun sənədləri.

Ölkə ərazisinə gətirilməsi qadağan olunan malların siyahısı isə "Beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar" bölməsində öz əksini tapır.

Bunlara daxildir:

- pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

- insan orqanları və (və ya) toxumaları;

- canlı heyvanlar;

- tezalışan maddələr;

- zəhərli və toksikoloji maddələr;

- bioloji və infeksion maddələr;

- civə, kimyəvi reaktivlər və turşular;

- tez xarab olan qida məhsulları;

- öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə   səbəb olan göndərişlər;

- sikkələr, banknotlar və yol çekləri.

Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər:

- beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;

- poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)