İnşaat və əmlak

Sosial evlərə köç başlandı

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamalda inşa etdiyi Yaşayış Kompleksinin sakinləri evlərinə köçməyə başlayıblar. Kompleks ərazisində onların rahatlığı üçün hər cür şərait yaradılıb.

"BIxəbər verir ki, tam təmirli vəziyyətdə müştərilərə təqdim edilən mənzillərdə hətta mətbəx mebeli quraşdırılıb.

Kompleks ərazisində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada uşaq bağçası, məktəb, stadion tikilıb. Balacaların asudə vaxtının səmərəli təşkili məsələsi də diqqətdən kənarda qalmayıb.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin təməli 2016-cı ilin dekabrında qoyulub. Ərazidə 29 yaşayış binası inşa olunub. Kompleksin baş planı üzrə 5 binada ötən ilin sentyabrında "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə 324 mənzil satışa çıxarılıb ki, bunlardan da 278-nin alqı-satqısı artıq başa çatıb. Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksindəki növbəti mənzillərin satışına başlanılacaq.

Mənzil seçimi günü vətəndaşlar fərdi elektron kabinetlərinə daxil olaraq "Erkən gələnə erkən xidmət" əsasında mənzillərini seçə biləcəklər. Yenilik olaraq bu dəfə agentlik güzəştli mənzil almaq istəyənlər üçün sınaq satışı da təşkil edəcək. Belə ki, yanvarın 12-də yarım saat ərzində - saat 15:00-dən 15:30-dək vətəndaşlar elektron imza və "Asan İmza"dan istifadə bacarıqlarını yoxlamaq üçün mənzillərin sınaq seçimində iştirak edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)