Axtar

Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələri müəyyənləşdi - Siyahı

“Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

ENA.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə aşağıdakı əlavələr edilib:

Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi – Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycan ilə Ermənistan arasında.

Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycan ilə Ermənistan arasında.

Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi).

Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi).

Nazirlər Kabinetinin yaydığı məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarının ərazisindən keçən dövlət sərhəddində, işğaldan azad edilmiş Füzulu rayonunda yeni tikilmiş Füzuli Beynəlxalq Hava Limanında və fəaliyyətə başlaması nəzərdə tutulan Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqələrinin yaradıldığını, həmçinin bir neçə məntəqənin və yerləşdiyi ərazinin adının dəyişdiyini nəzərə alaraq, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi zərurəti yaranıb.

Qərara əsasən, Azərbaycanın digər dövlət sərhədindən buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədindən buraxılış məntəqələrinin də adları (sayı) və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33