SOCAR və “Qazprom” kommersiya yük nəqliyyatı üçün CNG şəbəkəsi yarada bilər
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprom” şirkəti arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi istiqaməti üzrə kommersiya yük nəqliyyatı üçün CNG şəbəkəsinin yaradılması və istismarı məsələlərinə dair təkliflər verilib və fikir mübadiləsi aparılıb.
Bunu bu ilin aprelin 21-22-də Moskva şəhərində keçirilmiş qaz-mühərrik yanacağı üzrə Ümumrusiya Forumunda “SOCAR PETROLEUM” QSC-nin baş icraçı direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.
O, “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində təbii qaz infrastrukturunun inkişaf perspektivləri ilə bağlı “Beynəlxalq əməkdaşlığın yeni konturları: bazar perspektivləri və nəqliyyat dəhlizləri”nə dair məruzə ilə çıxış edib.
Xatırladaq ki, Moskvadakı tədbirdə təbii qazla bağlı beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması perspektivləri, o cümlədən Rusiya- Azərbaycan-İran dəhlizinin inkişaf xüsusiyyətləri müzakirə edilib.