Taleh Kazımov Mərkəzi Bank sədri kimi ilk faiz qərarını verir

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti aprel ayının 19-cı faiz dərəcələrinin parametrlərini müəyyən etmək üçün 2022-ci ilin üçüncü iclasına toplaşır. Bu dəfə İdarə Heyətinin sədri kimi Elman Rüstəmov deyil, Taleh Kazımov iştirak edəcək. Bu da T.Kazımovun ilk faiz qərarıdır.
!@#
AMB son iclasda ölkədə qiymət artımlarına və manatın alıcılıq qabiliyyətinin azalmasına “susqun” qalmadı. Beləliklə, son üç iclasda sərtləşməyə getdi.
Beləliklə, 17 sentyabrdakı iclasda AMB-nin İdarə Heyəti uçot dərəcəsini 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddini 5.75%-dən 6%-ə, yuxarı həddini isə 6.75%-dən 7%-ə, 29 oktyabrdakı iclasda uçot dərəcəsini 0.5% bəndi artırmaqla 7%-ə, faiz dəhlizinin aşağı həddini 0.25% bəndi artırmaqla 6%-ə, yuxarı həddini isə 1% bəndi artırmaqla 8%-ə, dekabrda uçot faiz dərəcəsini 7.25%-ə, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini 8.25%-ə, yanvarda isə 7.5%-ə, aşağı həddi 6%-ə və yuxarı həddi 9%-ə və uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.











