ArchiCO işçi axtarır - MAAŞ 1000-1200 AZN
Mühasib
Son tarix 21 may 2022
İş qrafiki: 09:00 – 18:00
İş yeri: Xırdalan şəhəri (Bakı Mühəndislik Universitetinin yaxınlığı).
Vəzifə təlimatları:
- Nəqliyyat və logistika departamentinə aid pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması;
- Təhtəlhesab, balans, avans hesabatının aparılması;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
Vəzifə ilə bağlı tələblər:
- Ali təhsil (mühasibat uçotu, maliyyə);
- Vergi Məcəlləsini bilməli;
- Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
- Microsoft Office proqramları və 1C mühasibatlıq proqramında işləmə bacarığı;
- Komandada işləmək bacarığı.
Əməkhaqqı: 1000-1200 AZN
CV-lərinizi "mühasib" başlığı ilə hr@archico.az göndərməyiniz xahiş olunur.