Vakansiyalar

Azal Club işçi axtarır - MAAŞ 650-750 AZN

Çağrı mərkəzinin mütəxəssisi

 Son tarix 20 may 2022 

Namizədə tələblər:

  • Təhsil:Ali 
  • Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı səviyyədə;

Namizədə tələblər:

  • Yüksək ünsiyyət qurma bacarığı olmalı;
  • Məsuliyyətli və təşəbbüskar olmalı;
  • Diqqətli və punktual olmalı;
  • Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
  • MS Office proqramlarını mükəmməl bilməli;         

İş barədə məlumat:

  • Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
  • Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
  •  Daxil olan zəngləri zamanında cavablandırmaq və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə və s.) ünsiyyətin qurulmasını təmin etmək;
  • Müştərilər tərəfindən sosial şəbəkələrə qeyd olunan rəy və sualları cavablandırmaq;
  • Görülən işlər və tapşırıqların icrası barədə günlük və həftəlik hesabatları şöbə rəhbərinə təqdim etmək;
  • Xidmətdən istifadə edən müştərilərlə məmnuniyyət sorğularını aparmaq;

Əlavə məlumatlar:

  • Əmək haqqı: 650-750 AZN
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00.
  • Korporativ nömrə və danışıq balansı
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Çağrı mərkəzinin mütəxəssisi” sözlərini qeyd edərək hr@azalclub.az e-ünvanına göndərsinlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department