Gündəm

“General Motors” da Rusiya bazarından çıxır

Amerikanın “General Motors” şirkəti Rusiyadan tamamilə çıxmağı planlaşdırır.

ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Verilən məlumata görə, “GM” Rusiya nümayəndəliyinin əməkdaşlarını ixtisar etməyə başlayıb və dilerlərə avtomobillərin və ehtiyat hissələrinin tədarükünün dayandırılması barədə xəbərdarlıq edib. Bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra bazarı tərk edən ilk xarici avtomobil konsernidir.

“General Motors” Rusiyada avtomobil istehsalını hələ 2015-ci ildə Qərbin Rusiyaya ilk sanksiyalarını tətbiq etdiyi vaxt bağlayıb. Şirkət Rusiyaya yalnız bahalı “Chevrolet” və “Cadillac” avtomobil modellərini tədarük edib.

İndi yeni məhdudiyyətlər və ABŞ-ın Rusiyaya dəbdəbəli malların ixracına qadağa qoyması səbəbindən konsernin fəaliyyəti dayandırılır.

Dilerlərdən biri bildirib ki, bu yaxınlarda satış mərkəzləri baş ofisin yeni tələblərinə uyğun olaraq yenidən qurulub. İndi GM təmir xərclərini kompensasiya etməyi planlaşdırmadan bazarı tərk edir. Baxmayaraq ki, 2015-ci ildə şirkət Rusiyada hasilatı azaldarkən itkiləri qismən ödəyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)