Metroda problem yarandı, sərnişinlər təxliyə olundu
“Həzi Aslanov” - “İçərişəhər” istiqamətində hərəkət edən qatarın sonuncu vaqonunda metropolitenə xas qoxu olub və bu səbəbdən qatara baxış keçirilib.
ENA.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hər hansı texniki problem olmadığı müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişin narahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və yola salınıb. Dərhal əvəzinə qatar verilib. Qoxu aradan qalxdıqdan sonra həmin qatar xətdə işini davam etdirəcək.