MALİYYƏ

IMF Azərbaycanın inflyasiya proqnozunu kəskin artırıb

Beynəlxalq Vallyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 12.3 %-ə çatacağını proqnozlaşdırır.

ENA.az xəbər verir ki, bu barədə IMF-nin “Müharibə qlobal bərpanı geri qaytarır” adlı hesabatınının aprel sayında bildirilib.

Proqnozlara əsasən, Azərbaycanda illik inflyasiya gələn il isə 8,7 % təşkil edəcək.

Qeyd edək ki, IMF ötən il dekabr ayında Azərbaycanda istehlak qiymətləri indeksinin bu il 3,2 % təşkil edəcəyini gözləyirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)