Maliyyə Nazirliyində yeni təyinat olub
Azərbaycan Respublikası Maliyyə Nazirliyinın müvafiq əmri ilə Nazirliyin Aparatının Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva gender məsələləri üzrə yeni məsul şəxs təyin edilib.
O, Nazirlik sistemində qadın hüquqlarının müdafiəsinin gücləndirilməsi işinin təşkili və həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Aparılan büdcə islahatları çərçivəsində büdcə siyasətinin gender məqsədləri ilə uzlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 289 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli, 176 nömrəli Qərarına əsasən nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin etməlidirlər.