Bank

Mərkəzi Bank: "Bu il tədiyyə balansının profisitinin ÜDM-ə nisbəti 10%-i keçə bilər"

Dünya bazarında əsas ixrac əmtəələri üzrə qiymətlərin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında ümumi daxili məhsula (ÜDM) nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amildir.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib.

"Azərbaycanın əsas ixrac məhsullarının bahalaşması tədiyyə balansının profisitini artırır və bu, qiymətlər sabitliyinin əsas lövbəri kimi milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir, nəticədə qiymətlərə azaldıcı təsir edir. Manatın məzənnəsinin valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində formalaşması inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir", - deyə qurum bəyan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department