Azərbaycandan olan startap 215 000 dollar qrant aldı

Azərbaycandan olan startap Braille Teach, Inc. GHR Foundation-dən 215 000 dollar qrant alıb. Braille Teach, görmə məhdudiyyətli şəxslərə Brayl əlifbasını daha asan öyrənmək imkanı yaradan aparat yaradıblar.

Məlumata görə, Braille Teach-in yaradıcısı, ixtiraçı Rəşid Əliyev bildirib ki, bu qrant onlara Braille Teach aparatının kütləvi istehsalına imkan yaradacaq. Startap ilkin olaraq ABŞ bazarını mənimsəməyə çalışacaq -bunun ardınca  Avropa, Avstraliya, Yeni Zellandiya, Hindistan bazarlarına fokuslanma nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)