Gündəm

“Kiyevlə siçan-pişik oynamaq istəmirik” - LAVROV

"Ukraynanın bütün hərbi əməliyyatların dayandırılmasını, Rusiya Silahlı Qüvvələrinin Ukraynanı tərk etməsini və bundan sonra referendum və parlamentdə ratifikasiya keçirməli olduğunu tələb etməsi bizi narahat edir"

ENA.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

XİN başçısı qeyd edib ki, ratifikasiya və referendum mənfi nəticə verdikdə, danışıqlar prosesinə yenidən başlamaq lazım gələcək. 

"Biz Kiyevlə siçan-pişik oynamaq istəmirik”, - deyə Lavrov bildirib.

O, həmçinin iddia edib ki, Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department