Sosial iqtisadiyyat

Sifarişçi hansı hall­arda hərracda iştirak etməyə buraxılmır­?

Sifarişçi hansı hall­arda hərracda iştirak etməyə buraxılmır­? Banker.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövl­ət Xidmətinin bu suala cavabını təqdim edir.

Dövlət Xidmətindən bildirilir ki, sifarişçi aşağıdakı hallarda hərracda iştirak etməyə buraxılmır:

• Sifariş vermiş şəxs qanunvericiliyə mü­vafiq olaraq alıcı kimi tanınmadıqda;

• sifarişçinin nümay­əndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qayd­ada təsdiq edilmədik­də;

• hərracın keçirilmə­si haqqında məlumatda göstərilən siyahı üzrə sənədlər tam şəkildə təqdim olunma­dıqda, yaxud onlar lazımi qaydada tərtib edilmədikdə;

• beh satıcının hesab­ına sifarişdə göstər­ildiyindən az həcmdə və ya müəyyən edil­miş müddətdən gec kö­çürüldükdə.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)