Gündəm

Putin çarəsiz vəziyyətdədir – Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya ordusunun Ukraynanın Buça və İrpen şəhərlərində mülki əhaliyə hücumlarını pisləyib.

ENA.az-ın məlumatına görə, bu barədə çıxış edən Conson bildirib ki, rus hərbçilərin İrpen və Buçada dinc sakinlərə hücum etməsi Rusiyanın Ukraynada müharibə cinayətləri törətməsinin sübutudur.

“Kremlin təkzibi və ya dezinformasiyası bildiyimiz həqiqəti gizlədə bilməz: Putin çarəsiz vəziyyətdədir, onun işğalı uğursuz oldu”, - Baş nazir vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)