MALİYYƏ

Maliyyə Nazirliyindən QHT-lərə XƏBƏRDARLIQ

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.


ENA.az xəbər verir ki, bunu Maliyyə Nazirliyi QHT-lərə ünvanladığı xəbərdarlıqda bildirib.

Qeyd edilib ki, adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən, illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu barədə yazılı xəbərdarlıq olunacaq.

“Yazılı xəbərdarlıqdan sonra maliyyə hesabatlarını 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim etməyən qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar ( Maddə 462.1).

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Nəzərinizə çatdırırıq ki,  qeyri-hökumət təşkilatları  illik maliyyə hesabatlarını Maliyyə Nazirliyi tərəfindən yaradılmış “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı” vasitəsilə (www.qht-hesabat.maliyye.gov.az) elektron qaydada təqdim etməlidirlər. 

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz:

Tel: 404 46 99, daxili nömrələr - 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova”, - nazirlik bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department