VÖEN-lə işləyən taksi sürücüləri vergini necə ödəməlidir?
Vergi Məcəlləsində edilən mühüm dəyişiklərdən biri də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergi ödənişləri ilə bağlıdır.
Məcəllədə sahibkarlıq subyektlərinin vergi ödənişləri ilə bağlı köklü dəyişikliklər olduğu üçün, VÖEN-lə işləyən taksi sürücülərinin vergini hansı qaydada ödəməsi ilə bağlı çoxsaylı suallar yaranıb.
"BI" sözügedən məsələyə aydlınlıq gətirərək məlumat verir ki,Vergi Məcəlləsində edilmiş dəyişiklikdə taksi sürücülərinin vergi ödənişi ilə bağlı hər hansı yenilik yoxdur. Taksi sürücüləri fərqlənmə nişanı ilə fəaliyyət göstərir.Hər ay fərqlənmə nişanı alan taksi sürücüləri fərqlənmə nişanına görə, 18 manat vergi ödəyirlər. Bununla yanaşı hər ay Sosial Müdafiə Fonduna minimum əmək haqqının 20%-i yəni 26 manat ödəməlidir.