Bank

Bank Respublika Xırdalanda yeni filialını açdı!

Bu il 30 yaşını qeyd edən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Xırdalan şəhərində özünün 30-cu xidmət mərkəzinin təntənəli açılışını edib.

Tədbirdə iştirak edən Bankın rəhbərliyi rəmzi qırmızı lenti kəsərək müasir konseptdə olan yeni “Xırdalan” filialını müştərilərin istifadəsinə verib. Geniş və müasir interyeri ilə seçilən filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb.

Bankın rəhbərliyi yeni filialın açılmasında əsas məqsədin artan müştəri bazasının maliyyə ehtiyaclarını müasir tələblərə uyğun yüksək səviyyədə qarşılamaq, eləcə də ölkənin real sektoruna hərtərəfli dəstək olmaq olduğunu vurğulayıblar.

Yeni filial - Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 1 ünvanında fəaliyyət göstərəcək.

İldən-ilə xidmət şəbəkəsini genişləndirən “Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 27 filialı və 3 şöbəsi var.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department