Gündəm

Rusiya bu halda nüvə silahından istifadə EDƏCƏK

Rusiyanın milli təhlükəsizlik konsepsiyasına əsasən, nüvə silahı yalnız ölkənin mövcudluğuna təhlükə yarandığı halda istifadə edilə bilər.

ENA.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Putinin Rusiyanın nüvə potensialından hansı şəraitdə istifadə edəcəyi ilə bağlı suala Peskov belə cavab verib: "Ölkəmiz üçün ekzistensial təhlükə yaranarsa, ola bilər”.

Xatırladaq ki, fevralın 27-də Prezident Vladimir Putin Rusiyanın strateji çəkindirmə qüvvələrinin xüsusi döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department