Sosial iqtisadiyyat

Mübariz Mənsimov 100 tələbəyə təqaüd verəcək

“Palmali Holding” 100 azərbaycanlı tələbəni dəstəkləmək üçün təqaüd proqramının davam etdiyini elan edir.

Şirkətdən verilən məlumata görə, bu təqaüdlər 2022-2023-cü tədris illərini əhatə edəcək.

Bu təqaüd proqramının əsas məqsədi tələbələrə maliyyə dəstəyi göstərmək, onların təhsillərini davam etdirməsinə təşviq etməkdir.

Qeyd edilib ki, 2022-2023 tədris ilinin ümumi bölgüsü Təqaüd Komitəsi tərəfindən təqdim olunan müraciətlərin qiymətləndirilməsi əsasında müəyyən edilir.

Təqaüd üçün 100 azərbaycanlı tələbə seçiləcək.

* Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən tələbələr

* Şəhid ailəsinin üzvləri olan tələbələr

* Qarabağ müharibə veteranlarının ailəsindən olan tələbələr

* Maddi vəziyyəti çətin olan tələbələr

“Palmali”nin yeni təqaüd proqramı qeydiyyat tarixi 2022-ci il aprel ayının 1-30 tarixləri arasında başlayacaq.

Proqramda iştirak etmək istəyən tələbələr tələb olunan sənədləri palmaliegitim@gmail.com elektron poçtuna göndərməlidirlər. Sənədlərin yoxlanmasından sonra seçilmiş 100 tələbəyə təqaüd verilməsi növbəti tədris ilində başlayacaq.

Xatırladaq ki, bu Palmali Holding tərəfindən azərbaycanlı tələbələrə verilən ilk təqaüd proqramı deyildir.

Ətraflı məlumat www.palmaliegitim.com saytında yerləşdiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)