Manatın taleyini tədiyə balansı həll edir - Profisit 8,3 milyard dollara yaxındır
2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 8 milyard 291,6 milyon dollar və ya ÜDM-in 15,2%-ni təşkil edib. Azərbaycan Mərkəzi Bankın məlumatına görə, 2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 227,6 milyon dollar və ya ÜDM-in 0,5%-ni təşkil edib.
Dərc olunmuş tədiyə balansına əsasən, cari ilin 9 ayı ərzində neft-qaz sektoru üzrə profisit 14 milyard (artım 2,8 dəfə) dollar, qeyri-neft sektoru üzrə kəsir 5,7 milyard dollar (artım 7,7%) təşkil edib.
2021-ci ildə bir barel neftin orta qiyməti 66,8 dollar (2020-ci ildə $40,8) olub.
2021-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 32,1 milyard dollara çatıb. Azərbaycan xarici ticarətdə 11,3 milyard dollar (artım 4,5 dəfə) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 14%-i MDB, 86%-i uzaq xarici ölkələrin payına düşüb.
21,7 milyard dollar həcmində ixracın (artım 1,7 dəfə) strukturunda neft-qaz ixracı 19,1 milyard dollar (artım 1,8 dəfə), neft və neft məhsullarının ixrac həcmi 13,5 milyard dollar, o cümlədən neft ixracı 12,7 milyard dollar təşkil edib.
10,4 milyard dollar həcmində idxalın (artım 3,4%) strukturunda 5 milyard dollar istehlak mallarının, o cümlədən 1,7 milyardı ərzaq mallarının payına düşüb. 2021-ci ildə ölkəyə 800 milyon dollarlıq (bütün idxalın 8%-i) avadanlıq və xüsusi mallar idxal edilib.