Zelenski yeni komandan təyin edib

Ukrayna Birləşmiş Qüvvələrinin əməliyyat komandanı vəzifəsinə general-mayor Eduard Moskalev təyin olunub.
ENA.az xəbər verir ki, bu barədə ölkə prezidenti Volodımır Zelenski videomüraciətində bildirib.
E.Moskalevin sələfi general-leytenant Oleksandr Pavluk isə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsinə təyinat alıb.