Rusiyanın mümkün defoltunun üç ssenarisi – “Bloomberg”
“Bloomberg” agentliyi Rusiyanın xarici borcları üzrə mümkün defoltunun üç ssenarisini təsvir edib.
ENA.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Onun necə olacağı martın 16-sında, Rusiyanın 117 milyon dollarlıq istiqrazları üçün faiz ödəməli olduğu vaxt bəlli olacaq.
Agentlik hadisələrin inkişafı üzrə üç mümkün ssenari göstərir. Birincisi – Rusiya dollar istiqrazları üzrə faizini dollarla ödəyir. Bu, müvəqqəti olaraq borc böhranının qarşısını alır.
İkinci ssenari Rusiyanın dollar istiqrazlarını rublla geri alacağını nəzərdə tutur. “Bloomberg” yazır ki, bəzi istiqraz müqavilələri bu seçimi nəzərdə tutur, lakin 16 martda ödənilməli olan istiqrazlar deyil, buna görə də əksər investorlar bunu defolt hesab edir.
“Bloomberg”in istinad etdiyi üçüncü ssenariyə görə, Rusiya ümumiyyətlə pul ödəməyəcək. Bu halda Rusiyanın aprelin 15-nə kimi vəziyyəti düzəltmək üçün 30 günlük güzəşt müddəti olacaq, əks halda klassik ağır defolt baş verəcək: Rusiya maliyyələşdirməyə çıxışı bloklanacaq, investorlar vəsaitlərini itirəcəklər.