500 nəfər işlə təmin ediləcək – İki dövlət qurumu əməkdaşlığa başlayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlığa başlayıb.
ENA.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bildirilir ki, AQTA-nın fəaliyyəti üzrə texniki işlərin görülməsinə dəstək məqsədilə həmin qurumda və AQTA-nın Qida Təhlükəsizliyi İnstitutunda 500 nəfər işlə təmin edilərək müfəttiş köməkçisi, sürücü, bağban, elektrik, santexnik, mühafizəçi və s. kimi peşələrdə çalışacaqlar. Onların hər biri ilə əmək müqaviləsi bağlanacaq.