Elm və Texnologiya

Türkiyənin “Akıncı” PUA-sı rekord qırdı - VİDEO

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Akıncı-B" zərbə tipli pilotsuz uçuş aparatının (PUA) sınaq uçuşları davam edir.

ENA.az xəbər verir ki, bu barədə şirkətin texniki direktoru Selçuk Bayraktar məlumat yayıb.

Qeyd olunur ki, PUA bu gün keçirilən sınaq uçuşu zamanı Türkiyənin milli aviasiya tarixində rekorda imza atıb. Belə ki, hava platforması 40.170 fut (12.2 kilometrdən çox) yüksəkliyə qalxıb. 

Türkiyə Silahlı Qüvvələrinə təhvil verilən "Akıncı" PUA-larının "B" modeli bir neçə gün əvvəl ictimaiyyətə təqdim edilib. PUA 2 ədəd 750 at gücünə malik mühərriklə təchiz edilib.

Dünyanın bir çox münaqişə bölgəsində uğurlara imza atan "Bayraktar TB2" ilə məşhurlaşan şirkət "Akıncı" PUA-larını artıq iki ölkəyə satıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)