ABŞ ukraynalılara 50 milyard dollar ayıracaq

ABŞ Rusiyanın hərbi müdaxiləsindən zərər çəkən ukraynalılara 50 milyard dollar humanitar yardım ayıracaq.
ENA.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Polşa prezidenti Anjey Duda ilə birgə mətbuat konfransı zamanı deyib.
"Biz humanitar yardımın çatdırılmasına kömək etmək üçün əlavə 50 milyard dollar ayırırıq”, -deyə Harris bildirib.
Onun sözlərinə görə, vəsaitin ərzaq yardımı proqramından ayrılması planlaşdırılır.