Sosial iqtisadiyyat

Bakı limanındakı terminallar şirkətlərin idarəçiliyinə verilir

“Növbəti illər ərzində Bakı Limanında yerləşən terminallar şirkətlərin idarəçiliyinə veriləcək”.

ENA.az-ın məlumatına görə, bunu Bakı Limanın baş direktoru Taleh Ziyadov “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.

T.Ziyadov bildirib ki, növbəti on il ərzində gündəlikdə olan məsələ Bakı Limanında yerüstü quru liman formatını tətbiq etməkdir:

“Yəni, quru liman formatı Bakı Limanın mərkəzi hab rolunu oynamasına imkan verəcək. Liman yerüstü inzibatçı olaraq çalışacaq. Hazırda terminalların istismarı nəzarətimizdədir. Biz gələcəkdə xüsusi şirkətlərə terminalları müqavilə əsasında idarəçiliyinə verəcəyik.

Bununla da beynəlxalq şirkətlərin, regional şirkətlərin, həmçinin Avropa İttifaqından olan şirkətlərin bir araya gətməsinə yol açacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)