Qarabağ

Qarabağda xidmət etmiş rusiyalı “sülhməramlılar” Ukraynada ƏSİR DÜŞÜB

Ukraynada əsirlikdə olan 250-300 rusiyalı çağırışçı əsgər var.

ENA.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

A. Arestoviç əsir düşən çağırışçı əsgərlərin maraqlı məlumatlar verdiyini qeyd edib.

Onun sözlərinə görə, əsirlərdən bəziləri əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçılarıdır. Bir qismi isə Dağlıq Qarabağda "sülhməramlı" kimi xidmət etmiş, sonra Donbasda döyüşmüş hərbçilərdi.

A. Arestoviç bildirib ki, Ukraynada nə qədər rusiyalı çağırışçının döyüşdüyünü söyləmək çətindir, lakin hərbi əməliyyatların getdiyi elə bir istiqamət yoxdur ki, belə hərbçilər olmasın.

Arestoviç hesab edir ki, Ukraynada müharibədə iştirak edən Rusiya ordusunun şəxsi heyətinin ən azı yarısı çağırışçılardır.

“Söhbət ondan gedir ki, burada mənim hesablamalarıma görə, ən azı 80-100 min çağırışçı var”, - Arestoviç bildirib.

O, həmçinin hesab edir ki, Ukraynada həlak olan rus əsgərlərinin yarısı da çağırışçılardır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)