“Azərsu” ASC Bakının Suraxanı rayonunun Binə (1) və Sabunçu rayonunun Zabrat (2) qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 2 açıq tender elan edib.
ENA.az xəbər verir ki, hər iki tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 20-si, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 29-u, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə mayın 4-də, saat 16:00-da yuxarıda qeyd olunan ünvanda baxılacaq.