“Kapital Bank”ın fəaliyyətinə nəzarət edənlərdən biri dəyişdi – TƏYİNATLAR

“Kapital Bank” ASC-nin Audit Komitəsinin üzvlərindən biri dəyişib.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə Cəmil Məmmədov bankın Audit Komitəsinin üzvlüyündən çıxıb, onun yerinə bu günə qədər Daxili audit xidmətinə rəhbərlik edən Svetlana Əliyeva seçilib.
!@#
Daxili audit xidmətinə isə bundan sonra Rauf Osmanov rəhbərlik edəcək.
Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245.85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.











