Avtomobil

“Daimler” şirkəti sürücüsüz yük maşınları hazırlayacaq

Almaniyanın “Daimler” avtomobil şirkəti 2025-ci ilədək sürücüsüz yük maşınları yaratmaqla bağlı layihəyə 500 milyon avro məbləğində sərmayə qoymaq niyyətindədir.

Xarici KİV-lər xəbər verir ki, bunu Las-Veqasda keçirilən “Consumer Electronics Show” beynəlxalq sərgisində şirkətin təmsilçisi bildirib.

“Deutsche Welle”nin məlumatına görə, qismən avtomatik idarəetməyə malik yük maşınları cari ildə istismara buraxacaq olan şirkət yeni maşınları hazırlamaq üçün Almaniya və ABŞ-da 200-dək yeni iş yeri açmağı düşünür.

İlkin olaraq ABŞ-da sınaqdan keçiriləcək qismən avtomatik idarə olunan yük maşınlarını kompüter tərəfindən dayandırmaq, sürətini artırmaq və döndərmək mümkündür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)