Bu gün neçə nəfər yoluxub? - SON MƏLUMAT

Azərbaycanda bu gün koronavirus infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1 029 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
ENA.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 18 nəfər COVID-19-dan dünyasını dəyişib.