MəşMəşhur brendlər Rusiyanı tərk edir
“Kering” şirkətləri qrupu (özündə “Gucci”, “Balenciaga” və “Yves Saint Laurent” markalarını birləşdirir) Rusiyadakı butiklərini bağladığını açıqlayıb.
ENA.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.
“Avropadakı mövcud vəziyyətlə bağlı artan narahatlıqlar səbəbindən “Kering” bu ölkədəki brendləri müvəqqəti bağlayır. Şirkət hadisələri yaxından izləməyə davam edəcək”, – mesajda bildirilib.
Qeyd edək ki, Rusiyada fəaliyyətini dayandıran digər brendlərə “Hermes”, “Chanel” və “Cartier” daxildir.