Gündəm

Dünyanın İT nəhənglərindən daha birisi Rusiyada fəaliyyətini dayandırdı

Dünyanın ən böyük proqram təminatı istehsalçılarından biri, Amerikanın Oracle şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada əməliyyatlarını dayandırdığını açıqlayıb.

“Dünya üzrə 150 ​​000 əməkdaşımız adından və Ukraynanın seçilmiş hakimiyyət orqanlarına və Ukrayna xalqına dəstək olaraq, Oracle artıq Rusiya Federasiyasındakı bütün əməliyyatlarını dayandırıb”, - deyə şirkətin Twitter səhifəsində bildirilib.

1977-ci ildə qurulan Oracle proqram təminatı istehsalçısı və server avadanlığının əsas təchizatçısıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department