Bank

Özbəkistanın rəqəmsal bankı Rusiyaya və Rusiyadan pul köçürmələrini dayandırıb

Özbəkistanın rəqəmsal bankı Apelsin Rusiyaya və Rusiyadan pul köçürmələrinin göndərilməsini və qəbulunu dayandırıb, bu barədə bankın açıqlamasında deyilir.

ENA.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

Eləcə də bax: Rusiya genişmiqyaslı kapital amnistiyasına hazırlaşır

“Apelsin vasitəsilə Rusiyaya vəsait göndərmək və qəbul etmək müvəqqəti olaraq mümkün deyil”, – bankın mobil proqramında deyilir.

Dayandırmanın səbəbləri və müddəti açıqlanmır.

Bundan əvvəl “Mastercard” beynəlxalq ödəniş sistemi Rusiyaya qarşı sanksiyalar çərçivəsində bəzi maliyyə qurumlarına öz şəbəkəsinə girişi bloklayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)