Ərdoğan: “Qərb indi də yalnız danışır”
“Təəssüf ki, Avropa İttifaqı Rusiya-Ukrayna gərginliyində qətiyyətli davramadı”.
ENA.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"Qərb təşkilatları yalnız nəsihət verirlər. Bu nəsihətlərlə nəticə əldə etmək mümkün deyil. Çoxlu məsləhət verən Qərb indi də yalnız danışır, əməli fəaliyyət yoxdu”, - o bildirib.
R.T.Ərdoğanın sözlərinə görə, bu gün NATO-nun iclası keçiriləcək və Ukraynadakı durum müzakirə olunacaq.